Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili Ukraynanın məhvindən danışdı

Avropa İttifaqının ukraynalılara vizasız rejim tətbiq etməsi onlara xeyli iş imkanları yaradıb. İndi Ukrayna vətəndaşlarının Şengen zonasında son 180 günün 90-nı keçirmək hüququ var. Ukraynalılar bu müddət ərzində Avropada müxtəlif işlərlə məşğul olub, öz ölkələri ilə müqayisədə xeyli böyük pul qazana bilirlər.

Mixael Saakaşvili isə bu məsələ haqda nikbin düşünmür. Odessa vilayətinin keçmiş qubernatoru ukraynalıların kütləvi köçündən narahatdır. İndi Ukraynada xeyli adam "çemodan" ovqatındadır. İnqilabların, müharibənin yorduğu insanlar üçün yeni üfüqlər açılıb. Xüsusilə gənclər ölkədən getməyin rahat yolunu tapıblar. Saakaşvili hesab edir ki, bu, Ukraynanın məhvi deməkdir.

Kiyev, Ukrayna / Foto: Pixabay.com

Ukraynalılar daha çox Polşaya üz tuturlar. Orta aylıq məvacibi heç 400 dollara çatmayan ölkənin vətəndaşları rahatca sərhədi keçərək, qonşu ölkədə azı 3 dəfə çox maaşla işləyirlər. Saakaşvili deyir: “Polşalılar onları məmnuniyyətlə qəbul edir. İnteqrasiya prosesi ağrısız keçir, demoqrafiya problemləri Gürcüstan və Ukraynanın hesabına rahat həllini tapır. Polşa üçün çox şadam, amma Ukrayna üçün bu çox pisdir”.

Saakaşvili vizasız rejimi “Ukraynanın məhvinə xidmət edən alət” adlandırıb.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »