Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya əhalisi azalmağa başlayıb

Rusiya əhalisi son 10 ildə ilk dəfə azalıb. Yanvarın 1-nə olan məlumata görə, indi qonşu ölkədə 146 milyon 793,7 min nəfər yaşayır. Keçən il bu vaxta olan göstəricidən təxminən 86 min az. Əvəzində Moskva əhalisi 124 min nəfərə qədər artıb.

Bizimyol.info xəbər verir ki, indi Rusiya paytaxtında 12 milyon 630,3 min nəfər yaşayır.

Rusiyada hesab edirlər ki, əhali azalması daha beş il sürəcək.Bu ölkə zərərli qidalara görə ölüm statistikasında ilk onluqda yerləşir.

Rusiya həm də əhali sayına görə dünya ölkələri sırasında ilk onluqdadır. Bu ölkələr arasında yalnız Şimal qonşumuzda azalma qeydə alınıb. Əhali sayına görə ilk onluğun sırası belədir (milyon nəfərlə): Çin (1394,4), Hindistan (1356,5), ABŞ (333,3), İndoneziya (269,5), Pakistan (213,3), Braziliya (209,4), Nigeriya (200,1), Banqladeş (167,9), Rusiya (146,7), Meksika (133,1).

Rusiyadan başqa dünyanın 40-a qədər ölkəsində əhali artmaq əvəzinə azalır. Ukrayna, Bolqarıstan, Serbiya və Latviya bu mənada ən çox geri gedən ölkələrdir.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »