Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelada ara qarışdı: Müxalif lider özünü prezident elan etdi, Tramp də rəsmən tanıdı

Amerika prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri – Milli Assambleyanın rəhbəri Xuan Quaydonu (Juan Guaido) bu ölkədə prezident səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tanıyıb. Bu barədə Ağ ev bəyanat yayıb.

Bizimyol.info xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda başlayan etiraz mitinqi yüzminlərlə insanın iştirakıyla davam edir. Əhali ölkə prezidenti Nikolas Maduronun hakimiyyətdən əl çəkməsini tələb edir.

Paytaxt Karakasın Çakao rayonunda etirazçılar qarşısında çıxış edən Xuan Quaydo da prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içib.

Bundan öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela prezidenti N.Maduronu “diktator” adlandıraraq, Latın Amerika ölkəsinin müxalifətinə və onun lideri Xuan Quaydoya dəstəklərini ifadə etmişdi.

Ardınca Maduro bəyan etdi ki, Amerika hökumətilə münasibətlərə yenidən baxılması və müəyyən siyasi tədbirlərin görülməsi barədə qərar qəbul edib.

Maduro və Tramp

Venesuela hökuməti ABŞ-ı ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. İddia olunur ki, ölkədəki etiraz mitinqləri Vaşinqtonun müdaxiləsilə baş verir.

Paylaş »
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Elnur Əşrəfoğlu vəfat edib
››› İlham Əliyev Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı verib
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
Son xəbərlər
Bütün xəbərlər »