Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2018-ci ildə Azərbaycanda nə qədər şirkət ləğv edilib?

2018-ci il ərzində Azərbaycanda 12 min 504 yeni müəssisə və təşkilat yaradılıb, 627-si isə ləğv edilib.

Bizimyol.info Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 01.01.2019-cu il vəziyyətinə müəssisə və təşkilatların sayı 130 min 323 olub.

2018-ci il ərzində ləğv edilmiş müəssisə və təşkilatların 24,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 15,3 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 10,0 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 6,4 faizi “Tikinti”, 6,2 faizi “Emal sənayesi” və 5,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 31,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 26,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 6,9 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 6,7 faizi “Tikinti”, 5,7 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 4,5 faizi “Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »