Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən təhlükəli və təhlükəsiz ölkələrinin adları açıqlandı

Onlayn səyahət xidmətlərindən olan “Wegoplace” Solo Travel Safety Report 2019-u təqdim edib. Bu hesabat xarakterli informasiyadır və dünyanın ən təhlükəli, təhlükəsiz ölkələri haqda məlumat verir.

Bizimyol.info xəbər verir ki, hesabatın hazırlanması üçün 142 dövlətdə araşdırma aparılıb. Bir neçə kritetiya üzrə araşdırma Sinqapuru dünyanın ən təhlükəsiz ölkəsi kimi göstərib. Asiya ölkəsi hesabatda 97 bal toplayıb.

Əslində, siyahıya baxmadan da dünyanın ən təhlükəsiz ölkələrini təxmin etmək olar. Məsələn, Skandinaviya dövlətlərinin yüksək yer tutacağı şübhəsiz idi. Amma liderlər qrupunda Özbəkistanı görməyi gözləməzdik. Orta Asiya ölkəsi siyahıda beşinci yerdədir. İlk “10-luq”da vəziyyət belədir: Sinqapur (97), Norveç, İslandiya, Finlandiya (93), Özbəkistan, Honkonq (91), İsveçrə, Kanada (90), İndoneziya (89), Danimarka (88).

Daşkənd, Özbəkistan / Foto: Pixabay.com

İndi keçək dünyanın ən təhlükəli ölkələrinə. Yəqin Venesuelanın adını eşidəndə siz də təəccüblənməzsiniz. Cənubi Amerika ölkəsinə getmək özünü ölüm təhlükəsinə atmaqdır. Hakimiyyət çevrilişi gözlənilir. Əhalinin böyük hissəsi acından ölür, ucuz ərzaq üçün Kolumbiyaya üz tutur. Venesuela ən təhlükəli ölkə sayılır. Elə Əfqanıstan da siyahıda yuxarı yeri haqq edir. Təhlükəli ölkələrin siyahısında afrikalılar çoxluqdadır: Venesuela (44), Əfqanıstan (45), Cənubi Sudan (54), Qabon (55), Liberiya (56), CAR, Meksika (58), Dominikan Respublikası (60), Botsvana, Syerra Leone (61).

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »