Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fikir ayrılığı Trampa baha başa gəldi

Meksika ilə sərhəddə səddin tikintisinə dair Konqreslə yaranan fikir ayrılığı səbəbindən federal hökumətin işinin dayandırılmasına (“shutdown”) gətirib çıxaran büdcə böhranından sonra ABŞ Prezidenti Donald Trampın dəstək reytinqi 40 faizə qədər azalıb.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu, “Politico” qəzetinin apardığı sorğunun nəticəsində öz əksini tapıb.

Sorğuda iştirak edən ABŞ vətəndaşlarının 57 faizi Amerika liderinin büdcə böhranından çıxmaq üçün göstərdiyi fəaliyyətlə razı deyil. Bununla yanaşı, rəyi soruşulan Respublikaçılar partiyasının tərəfdarlarının 86 faizi Ağ evin rəhbərini dəstəkləyir. Demokratlar partiyasının eyni sayda tərəfdarı isə büdcə böhranına görə Trampı günahlandırır. Heç bir partiyanı dəstəkləməyən respondentlərin 60 faizi də ABŞ liderinin siyasətini bəyənmir.

Sorğu yanvarın 18-dən 22-dək 1996 amerikalı arasında aparılıb.

Maliyyə vəsaiti ayrılmadığı üçün dekabrın 22-də ABŞ-da federal hökumətin işi qismən dayanıb. Buna Tramp və respublikaçıların Meksika ilə sərhəddə səddin tikintisinə lazım olan 5 milyard dollar vəsaitin büdcəyə daxil edilməsi cəhdləri səbəb olub. Birləşmiş Ştatlar Konqresinin nümayəndələr palatasına nəzarət edən demokratlar isə öz növbəsində federal xəzinədən səddin tikintisinə vəsait ayrılmasına yol verməyəcəklərini bildiriblər.

ABŞ-da bu cür büdcə böhranları əvvəllər də baş verib. Lakin hazırkı böhran müddətinin uzunluğuna görə rekorda imza atıb. Respublikaçılarla demokratların bir-birinə güzəştə gedəcəyi perspektivi isə hələlik inandırıcı görünmür. Artıq doqquz nazirlik, həmçinin bəzi iri dövlət müəssisələri maliyyəsiz qalıb. Ümumilikdə isə “shutdown” hökumət orqanlarının 25 faizinə təsir edib.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »