Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada Ərdoğanla Putin arasında görüş keçirilir

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşdən əvvəl dövlət başçıları jurnalistlərə qısa açıqlamalar veriblər.

Hər iki tərəf Kerç boğazındakı gəmi qəzası nəticəsində Türkiyə vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı veriblər. Türkiyə Prezidenti iki ölkə arasında turizm və ticarət əlaqələrinin inkişaf etdiyini, Rusiya dövlət başçısı isə türkiyəli həmkarı ilə mütəmadi təmaslarının ölkələr arasındakı əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Prezidentlərin görüşündən sonra geniş tərkibdə aparılacaq danışıqlar əsnasında iki ölkə arasındakı münasibətlərlə yanaşı, Suriyadakı vəziyyət başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər ətrafında müzakirələrin aparılacağı bildirilir.

Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri Fəxrəddin Altu sosial şəbəkədə paylaşdığı yazıda Suriya böhranının səfər gündəmində mühüm yer tutduğunu qeyd edərək Suriyada təkcə YPG terror təşkilatına qarşı mübarizə aparmaqdan savayı, həm də qonşu ölkədəki böhranın daha da dərinləşməməsi üçün siyasi çözüm əldə etməyə çalışdıqlarını vurğulayıb. (Report.az)

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »