Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO baş katibi Cənubi Qafqaza gəlir

NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin martında Gürcüstana səfər edəcək.

Report-un verdiyi xəbərə görə, bu barədə Baş katib Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş katib deyib ki, səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirə aparmaqdır: “Mən həmçinin NATO təlimlərinə də baş çəkəcəm. Bizim məqsədimiz tərəfdaşlığın daha da möhkəmləndirilməsidir”.

Gürcüstanın NATO-ya üzv qəbul olunmasına gəlincə, Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm Gürcüstan, həm də Alyans qərar verməlidir: “Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur. Biz Rusiya kimi böyük ölkələrin öz maraqlarını qurmağına heç zaman yol verməyəcəyik. Onların bu məsələlərlə bağlı qərar qəbul etmək hüquqları olmayacaq”.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »