Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"7 il cənab nazirin mühafizəsində çalışmışam"
"Range Rover”lə qəza törədən polis serjantı özünü təqsirli bilmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində öümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə proses keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan elan edib.

İttihamda yazılır ki, Xəyal Məmmədov qəza törətdikdən sonra hadisə yerindən qaçıb.

Elan olunmuş ittihamla Xəyal Məmmədov özünü təqsirli bilmədib.

Sərbəst ifadə verən X.Məmmədov əvvəlcə qəzada dünyasını dəyişənlərin ailə üzvlərinə baş sağlığı verib.

Hadisə yerindən qalmadığını deyən X. Məmmədov qəzanın baş vermə anını belə danışıb:

"Mən sürət həddini aşmamışam, hadisə yerindən də qaçmamışam. Əvvəlcə yolda qarşıdan gələn "Mercedes" məni çaşdırdı. Qarşıma çıxanda sağa çəkdim ki, onu vurmayım. Sonra da bu avtomobil qəfildən yoluma çıxdı. Allaha and olsun ki, mənim maşını saxlamaq imkanım olmadı. Məni yolumdan vurub çıxardı. Avtomobilim dərəyə düşəndə alışmağa başladı. Özümü güclə çıxarıb maşın tərəfə qaçdım. Fikirləşdim ki, birdən o maşın da yanar. Arxamla gələn maşın da əzilmişdi. Sürücüsü yanımda idi. Təcili tibbi yardıma zəng edib telefonu ona verim. Özüm də gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxardım. Polisə də zəng edib məlumat verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, mərhumların yaxınlıqdakı qaçqınlar məhəlləsində yaşadığını öyrənib: "Orada olanlar qışqırdı ki, zəng edib deyib ki, Mosu ölüb. Onların yaxınlıqdakı qaçqınlar şəhərciyində yaşadığını bilirdim. Açığı polisə ona görə zəng elədim ki, baş verənlərdən ehtiyat elədim. Mən özüm həmin ərazidə yol polisi idim. Bir dəfə həmin qəsəbədə yol polisi bir sürücünü saxlamışdı. Camaat yığışıb iki polis maşınını iki gün orda saxlamışdılar. Hətta həmin qəsəbədən içkili olan saxlayanda belə ehtiyat edirdik, buraxırdıq. Polisə zəng elədim. Kimsə "102"yə zəng edəndə məlumatı araşdırırlar. Bəs mənim zəngimlə bağlı heç bir araşdırma olmayıb? Mən necə qaçan, gizlənən olmuşam ki, "102" və "103"ə özüm zəng eləmişəm?".

Xəyal Məmmədov işin bu vəziyyətə çatmasında araşdırmanı aparan müstəntiqi günahlandırıb. Deyib ki, istintaqın rəisi onunla qərəzli olub:

"Binəqədi Rayon Polis İdarəsində istintaqın rəisi Həsrət mənimlə prinsipə düşdü. Ona görə də işi belə qurdular. Mənə dedi ki, sənə köməklik etmək istəyirik, amma bilmirik necə edək. Mən də qayıtdım ki, günahım yoxdur. O isə hadisə yerindən qaçdığımı iddia etdi. Mən də dedim ki, əgər qaçmışamsa, görüntüyə baxın. Mən maşını serfüyüm hər yerdə kamera olub. Sürət həddim də 60-70 olub. Mən dedim ki, şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında bildirdi ki, şahidlərə fikir verən yoxdu. Qışqırdı ki, nə danışırsan, şahid var, günahsızsan? Bildirdi ki, günahkarı da, günahsızı da o özü müəyyən edir. Dedi ki, lazım olsa nə qədər istəsə şahid gətirər. Mənə əli ilə 2 göstərib dedi ki, gətirsəm, məni evə buraxacaq. Sonra da zərərçəkmişlərlə mən barışıq əldə etməli idim. Mən də dedim bəlkə 20 min istəyir. Dedim ko, 20? Dedi ki, məni ələ salmısan? Mən dilənçiyəm? Soruşdu ki, 20-dən yuxarı nədir? Dedim ki, 200 min? Cavab verdi ki, hə. O qədər pulum olmadığını dedim. Qayıtdı ki, 60 minə maşın almısan, polisə düzəlmisən, akademiyaya düzəlmisən. Mən də cavab verdim ki, mən 7 il cənab nazirin mühafizəsində işləmişəm. Binəqədidə baş verən yanğında xilasetmədə iştirakıma görə cənab nazir məni mükafatlandırıb. Cənab nazirimiz özü məni polis akademiyasında oxumağa göndərib. Mən onunla razılaşmadım. Sonu da belə olsun. Xahiş edirəm ki, onlar da bura gətirilsin, üzləşək".

Qəza zamanı dünyasını dəyişən Orxanın anası təqsirləndirilən şəxsin dediklərinə etiraz edib və bildirib ki, onlarla heç kim maraqlanmayıb.

Xəyal Məmmədov isə deyib ki, indi də, azadlığa çıxdıqdan sonra da hər iki şəxsin ailəsinə oğulluq edəcək: "Ay ana, görəcəksiniz. Mən sizə necə oğulluq edəcəm. Allaha and olsun ki, bu işdə mənim günahım yoxdur".

Növbəti məhkəmə prosesi yanvarın 30-da davam etdiriləcək.

Hadisə bu il iyunun 12-də Binəqədi qəsəbəsində baş verib.

Xəyal Məmmədov “Range Rover”lə yüksək sürətlə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza zamanı “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olan polis serjantı Xəyal Məmmədov hadisə yerindən qaçıb. O, daha sonra həbs edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »