Məktəblilərimizin uğurunda təhsil sahəsində həyata keçirdiyi və dəstək verdiyi sosial layihələr ilə hər zaman öndə olan “Azercell Telekom” MMC-nin də rolu var. Belə ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində həyata keçirilir. Hazırlıq prosesində şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün mərkəz tərəfindən hər tərəfli şərait yaradılıb. Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC ötən il Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında və eləcə də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən məktəblilərin İnformatika fənni üzrə Beynəlxalq Komanda Olimpiadasında da şagirdlərimizə dəstək olub.