Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Odnoklassniki” oyun saytına çevrilib

“Odnoklassniki” bizim ölkədə daha çox tanışlıq platforması kimi tanınıb. Amma bu sosial şəbəkə son illər faktiki olaraq oyun saytına çevrilib.

Bizimyol.info xəbər verir ki, rəqəmlər belə deməyə əsas verir. Keçən il bu sosial şəbəkə istifadəçiləri oyun yaradıcılarına və tətbiq edənlərə 3.2 milyard rubl (təxminən 48 milyon dollar) ödəyib.

Ümumiyyətlə, “Odnoklassniki”nin oyun auditoriyası çox artıb. Keçən il sosial şəbəkəyə istifadəçilərin 17 milyonu həm də oyunlar üçün daxil olub. “Odnoklassniki”yə mobil telefonlarla girənlərin sayında da böyük artım var. 2018-ci ildə 35 milyon adam sayta daxil olmaq üçün şəxsi telefonundan istifadə edib.

Odnoklassniki / ok.ru

Sosial şəbəkənin aid olduğu Mail.Ru Group mobil reklamlara görə qazancın çox artdığını gizlətmir. Gəlirlərin 80 faizi bu yolla əldə olunur. Videoreklamlara görə də qazanc çox yüksəlib: təxminən 2,5 dəfə.

Şəbəkədə həmçinin isləyicilərin də pul qazanmasına imkan verən funksiyalar var.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »