Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Solmaz xanım qan içində idi"
Qohumunun evinə quldurluğa gedən şəxsin məhkəməsində şahidlər ifadə verib

“Dedi ki, başına taxta vurub qızıl boyunbağısını aparıblar”

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən İlkin Məlikov və Kamran Cəngilmalıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bizimyol.info xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Şahid Şahbala Tağızadə dindirilərkən deyib ki, qızıl alveri ilə məşğul olur.

Tağızadə qeyd edib ki, oğlu ona zəng edərək mağazaya bir müştərinin qızıl gətirdiyini deyib: "Mən mağazada deyildim. Geri qayıdıb qızıla baxdım. 1635 manat qiymət qoydum. Əvvəlcə razılaşmada da sonradan razılaşdı. Bir neçə saat sonra Binəqədi polisləri gəldi. Mən də qızılı təhvil verdim. Qızılı alanda sənədləşmə etmişdim. Onu da polisə təqdim elədim".

Qızıla ödədiyi pulun aqibəti ilə bağlı şahis deyib ki, 35 manat əskik alıb: “Azərbaycansayağı aldım. Polislər dedi ki, 1635 manatdan 35 manatını xərcləyib".

“Dedi ki, başına taxta vurub qızıl boyunbağısını aparıblar”

Digər şahid Zaur zərərçəkmişin qonşusu olduğunu deyib. "Uşağı məktəbə aparanda qonşu Solmaz xanımın həyətindən səs gəldiyini eşitdim. Yaxınlaşanda gördüm ki, qanın içindədir. Kömək elədim, ailə üzvlərinə xəbər elədim. Solmaz xanım dedi ki, başına taxta vurub boğazında qızıl boyunbağısını aparıblar. Sifəti qanın içində".

Təqsirləndirilən şəxslər növbəti məhkəmə iclasında ifadə verəcəklərini deyiblər.

Məhkəmə iclası yanvarın 30-na təyin edilib.

Hadisə Binəqədi rayonu Novxanı bağlar sahəsində baş verib.

Fərdi yaşayış evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İlkin Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »