Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponlar yenə təəccübləndirdi: Sürücüsüz avtobusların istifadəsinə başlanılıb

Əslində, yaponların texnologiyadakı yeniliklərinə daha təəccüblənmək də olmur. Yaponiyada ictimai nəqliyyatda sürücüz avtobus formatına keçməyi düşünürlər.

İlk addım gələn il Yay Olimpiya Oyunları zamanı atılacaq. Tokiodakı yarışda Xaneda aeroportuna sürücüsüz avtobuslarda getmək mümkün olacaq. Artıq şəhər mərkəzində eksperimentlər aparılır.

Yaponiyanın altı böyük avtomobil şirkəti sürücüsüz mikroavtobuslar istehsalına başlayıb. Bir məsələni də dəqiq yazaq: avtobuslar tamamilə sürücüsüz olmayacaq. Sürücü olacaq, fövqəladə hallar üçün ön oturacaqda əyləşəcək. Sadəcə, avtobus pilotsuz rejimdə hərəkət edəcək.

Mikroavtobuslar maksimum 10 nəfəri daşıyacaq. Hələlik nəqliyyat vasitəsi aeroportun iki terminalı arasındakı 600 metri qət edəcək. Avtobuslar saatda 30 km sürətlə gedəcək.

Gedişhaqqı barədə heç nə deyilmir. Mütəxəssislər istənilən halda sürücüsüz avtobus formatının daha təhlükəsiz olduğunu bildirirlər.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »