Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fırıldaqçılar sosial şəbəkədə dəbdəbəli fotolar paylaşdılar, ələ keçdilər

Böyük Britaniyadan olan fırıldaqçılar pulu xərcləməyi bacarmadıqlarını göstəriblər. Dələduzlar 30 adamı ümumilikdə təxminən 434 000 funt sterlinq (təxminən 1 milyon manat) məbləğində aldadandan sonra dəbdəbəli həyatını sosial şəbəkədə nümayiş etdirməyə başlayıb. Beləcə, onların dələduzluğundan xeyli adam xəbər tutub.

Bizimyol.info xəbər verir ki, Esseks şəhərindən olan fırıldaqçılar vaxtının çoxunu klublarda keçirirmiş. Qızlar, spirtli içkilər, bahalı siqarlar. “Bu qədər pul onlara haradandır?” sualı çox adamın içində yaranıb. Tezliklə cavabı da tapılıb. Bu iki yoldaş almaz biznesi adı ilə çox adamı aldadırmış. İnandırıcı broşürlər və saytlar xeyli insanı tələyə salmağa kömək edirdi. Amma son vaxtlar zənglərə vaxtında cavab verilməməsi müştəriləri şübhələndirmişdi.

Polis hələ 2015-ci ildə investorların şikayəti əsasında cinayət işi açmışdı. Cinayətkar qrupun beş üzvünü yalnız bir neçə gün əvvəl ələ keçirmək mümkün olub. Hər biri azı 11 il azadlıqdan məhrum edilib.

Son xəbərlər
Bütün xəbərlər »