Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın daha 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırıldı
Azərbaycanın daha 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Report xəbər verir ki, bunlar güləşçilər Cəlal Süleymanovla Umar İsrailov və velosipedçi Qadir Mustafayevdir.

Bütün idmançılardan alınmış nümunələrdədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

Süleymanov əlavə olaraq, diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə sanksiya ilə üzləşib. Onun orqanizmində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq - 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.

İsrailovda drostanolon metaboliti maddəsi tapılıb və o, 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 28 mart 2018-ci ildən hesablanmağa başlanıb.

Mustafayevin də cəzası 48 aydır. Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan velosipedçinin cəzası 19 noyabr 2018-ci ildən qüvvəyə minib.

Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 39 idmançıya sanksiya tətbiq edib.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »