Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tim Burton filmlərinin fotoqrafı : Leah Gallo - FOTOLAR
Rejissor Tim Burton-ın layihələrini birgə həyata keçirdiyi komandasına sadiqlik dərəcəsi bütün dünyaya məlum məsələdir. Aktyorlardan tutmuş prodüserə qədər bütün filmlərinin titrlərində azı eyni 3-4 adı görmək artıq öyrəşdiyimiz məqamlardan biri olsa da Hollywood-un yəqin ki, ən introvert rejissorlarından biri sayıla biləcək Tim Burton, filmlərinin fotoqrafında belə eyni prinsipə sadiqdir. Tim Burton filmlərinin kadr fotoqrafiyası ilə məşğul olan Leah Gallo 2001-ci ildə bakalavr təhsilini əslində biologiya və psixologiya üzrə bitirib. Sonradan fotoqrafiyaya maraq göstərən Gallo 2006-2008-ci illərdə Missuri Universitetində Fotojurnalistika üzrə magistr təhsilini davam etdirib. Elə bu müddətdə dostu vasitəsi ilə Burton-la ilk dəfə o Sweeney Todd filmi üzərində işləyərkən tanış olub. Çəkiliş prosesləri zamanı Tim-in komandası ilə birgə Tokyoya səfər edib. Tokyodan qayıtdıqdan sonra onda yaranan xoş təəssüratdan o dərəcədə təsirlənib ki, Tim Burton-a səfər boyu çəkdiyi fotolardan xüsusi təşəkkür foto albomu hədiyyə edib. Həm fotoları, həm Gallo-nun fotoqrafiyaya olan bu həvəsini xoş qarşılayan Burton ona Londonda davam edəcək son çəkilişlərə qatılmağını təklif edib.

Leah Gallo üçün hər şey Sweeney Todd filminin kadr fotoqrafının ilk 2 həftə çəkiliş prosesinə qatıla bilməməsi ilə başladı. Günə 16 saat set mühitində işləməli olan Gallo ilk dəfə idi ki, özünü kadr fotoqrafı kimi sınayırdı. Lakin çox keçmədi ki, işləri ilə Tim Burton-ın rəğbətini qazanan Leah artıq film seti ailəsinin üzvünə çevrilmişdi. Çəkilişlər bitənə yaxın hətta studiya tərəfindən film komandasını əhatə edən xüsusi buraxılış kitabı üçün fotoların çəkimi də ona həvalə edildi.

Film boyu Leah Gallo-nun çalışqanlığını nəzərdən qaçırmayan Burton Sweeney Todd-un digər ölkələrdəki premyeralarının hamısına Gallo ilə birlikdə səfər edib. Bir-birindən fərqli istiqamətlərdə maraq dairəsinə sahib Leah Gallo bu gün təkcə Tim Burton filmlərinin kadr fotoqrafı deyil, həm də Burton yaradıcılığını əks etdirən bir sıra kitabların yazarı və redaktorudur. Bunlara “The Art of Tim Burton”, “Alice in Wonderland: A Visual Companion”, “The Science of Frankenweenie: Experiments in Stop Motion Animation”, “Dark Shadows: Cast & Crew Book”, “Big Eyes: The Film, The Art”, “The Art of Miss Peregrine’s Home for Peculiar Children” kimi kitabları misal göstərmək olar. Fərqli mediumları və tərzləri öz yaradıcılığında əks etdirməyi sevən animator və rejissor Tim Burton şübhəsiz ki, Leah Gallo kimi fotoqrafa biganə qala bilməzdi.

Burton-ın son filmi olan“Miss Peregrine’s Home for Peculiar Children” (Xanım Peregrine-in Qəribə Uşaqlarının Evi) filmini Leah Gallo yaradıcılığının zirvəsi saymaq olar. Əsər üzərinə çəkilmiş bu filmin süjet xəttinin əsasını fotolar təşkil edir. Burton-ı da əsəri adaptasiya etməyə həvəsləndirən məhz kitabda yer alan ürpədici fotolar olub. Filmdə isə bu konseptual fotolar üzərində sırf Leah Gallo işləyib. Tim Burton-nın həm son filmi, həm də digər filmlərindəki Leah Gallo-ya aid bir sıra nümunələri sizə təqdim edirik.

[gallery columns="2" size="medium" ids="13762,13761,13760,13759,13757,13754,13753,13758,13756,13749,13748,13751,13752,13747,13738,13739,13742,13736,13737,13734,13732,13731,13730,13729,13728,13724,13725,13726,13727,13733,13744,13740">

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »