Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisindən savadsızlıq nümunəsi: Sürücünü nəyə görə saxladığını özü də bilmir - Video

Azərbaycanda yol polisinin fəaliyyəti kütləvi narazılıq mənbəyinə çevrilib.

Xüsusən də Yol Patrul Xidməti əməkdaşlarının savadsızlığı və kobudluğu əhalini hər addımda qıcıqlandırır. Siz indiyə qədər sürücüyə "Siz" deyə müraciət edən YPX ənəkdaşı görmüsünüzmü? Çətin!..

"Sənəddərüvü ver" - bütün hallarda YPX əməkdaşının "qanuni tələbi" belə səslənir. Narazılıq edənlərə isə məsləhət verirlər ki, "heç olmasa, dilüvü şirin elə". Yəni hər şey mənim əlimdədir, yalvarsaydın, bəlkə də yola verərdim. Hamını özlərinə möhtac durumda görürlər.

YPX-nin başqa gözəgirən cəhəti isə savadsızlıqdır. Sanki bu qurumda işə düzəlmək üçün imtahan keçirilir və ən az bal toplayanlar işə qəbul olunur.

Aşağıdakı video da həmin "imtahan"ın nəticələrini əks etdirir. YPX əməkdaşı avtosfer.az saytının əməkdaşını saxlayıb, amma özü də bilmir nəyə görə?.. Məlum məsələdir ki, bu jurnalistin yerində "xam" sürücü olsaydı, YPX əməkdaşı məmnuniyyətlə onu "yükləyəcəkdi". Necə ki, bütün günü əhalini "xam salıb yükləyirlər". Nəticəsi də budur ki, YPX artıq ailə büdcələrinə şərik getməyə başlayıb. Sanki əhalinin "pulkəsən maşını" var.

Avtosfer.az-ın əməkdaşı Kənan Məmmədov yanvarın 18-də, saat 07:38 radələrində Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında özünü "Məmmədov" kimi təqdim edən DYP əməkdaşı tərəfindən saxlanılıb. Saxlama səbəbi kimi isə ön duman işıqlarınının lampasının "LED" olduğunu bildirib. Lakin sürücü nə qədər təkid etsə də, əməkdaş buna “Yol hərəkəti haqqında” qanundan heç bir maddəni əsas gətirə bilməyib. Elə videonun sonuna qədər də əsas gətirə bilmir və protokol da tərtib edə bilmir. Belə çıxır ki, heç bir əsas olmadan sürücünün 10 dəqiqədən artıq vaxtını alır.

Amma videoda əsas diqqət çəkən məqam isə DYP əməkdaşının etik davranış qaydalarına riayət etməməsidir. Hətta sürücü irad bildirərək "sən" yox, "Siz" deyə müraciət etməli olduğunu bildirsə də, əməkdaş bu iraddan sonra yenə də müraciət formasına düzəliş etmir.

Avtosfer.az görüntüləri təqdim edir.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »