Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında - Video

Yanvarın 22-də müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.

Bu barədə Bizimyol.info-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnikalar alınaraq qoşunların təminatına verilib.

Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati tikililər müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

Sonra Müdafiə Nazirliyin rəhbərliyi Kimya Qoşunlarının üzərinə düşən tapşırıqların xüsusiyyətləri nəzərə alınmaqla yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana və xüsusi texnikanın saxlandığı parkla tanış olub.

Qeyd olunub ki, yaradılan şərait şəxsi heyətin kimya təminatı tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirməsinə müsbət təsir göstərəcək.

General-polkovnik Z.Həsənov hər iki qoşunların komandanlığı qarşısında döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »