Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda parklanmalardan yığılan pullar qanunsuz imiş - Rəsmi

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılan araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib.

Bizimyol.info-un Trend-ə istinadən məlumatına görə, bunu Agentliyin İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib.

BNA rəhbərinin sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib: "Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar gedir".

Qurum rəsmisi bildirib ki, hələlik parkinq qiymətləri müəyyənləşməyib:

"Bizim tərəfimizdən Nazirlər Kabinetinə təkliflər verilib. Bakının mərkəzindəki parkinqlərlə şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. Eyni zamanda, gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulub. Gündüz saatlarında parkinqlər 2 saatdan sonra ödənişli olacaq. Hələlik yeraltı parkinqlərin də təhvil-təslimi davam edir. Təbii ki qiymətlərə baxılacaq. Çünki əvvəlki qurumun müəyyən etdiyi qiymətləri saxlaya bilmərik. Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 ay üçün avtomobilə 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir".

V.Kərimli bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: "Həmin parklanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik".

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »