Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qaçqınkom”un bir neçə müəssisəsi ləğv edildi

“Qaçqınkom”un Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsinin bəzi müəssisələri ləğv edilib.

“Vergilər” qəzetində açıqlanan məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 15 yanvar 2019-cu il tarixli 04 nömrəli əmri ilə Təsərrüfat hesablı Təchizat və İstehsalat idarəsinin tabeliyində olan Mərdəkan Sənaye Kombinatı, Füzuli rayon “Qarabağ” Qaçqın Fermer Təsərrüfatı, Sabirabad rayonu “Araz” İstehsal və Təlim Kombinatı, Zəngilan rayonu “Alıbəyli” və Kənd təsərrüfatı müəssisəsi və Qubadlı rayonu “Top Çinar” Aqrar Fermer Təsərrüfatı ləğv edilib.

Bununla əlqədar olaraq ləğvetmə komissiyası yaradılıb. Ləğvetmə komissiyası bəyan edib ki, kombinatların sonradan qeydiyyatdan çıxarılmaqla tam ləğvetmə proseduruna başlanıb. Ləğvetmə komissiyası Bakı şəhəri, Tbilisi prospekti, 129 ünvanda fəaliyyət göstərir.

Ləğv edilən kombinatın kreditorlarının nəzərinə çatdırılır ki, kreditor tələblərinə baxılması üçün bu məlumat dərc edilən gündən etibarən iki təqvim ayı müddətinə yazılı formada ləğvetmə komissiyasına müraciət edə bilərlər.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »