Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cinsi azlığın nümayəndəsindən müsahibə götürən jurnalist həbs olundu

Misirli televiziya aparıcısı Məhəmməl Əl Geyti dayandığı yerdə işə düşüb. Onu cinsi azlığın nümayəndəsi ilə müsahibəyə görə həbs ediblər. Giza şəhər məhkəməsi onunla bağlı qərar çıxarıb. Əl Geyti qarşıdakı bir ilini həbsxanada keçirəcək.

Müsahibə keçən ilin avqustunda müstəqil LTC TV telekanalının “Oyan” şousunda yayımlanıb. Qeyri-ənənəvi cinsi oriyentasiyasını etiraf edən qonaq bu sahənin adamı olaraq yaşamasından, həyatda üzləşdiyi çətinliklərdən danışıb.

Əl Geytini qeyri-ənənəvi cinsi oriyentasiyanın  təbliğində ittiham edirlər. Guya jurnalist bu müsahibədə maddi maraq güdürmüş.

Birillik həbslə də iş bitməyəcək. Əl Geyti həbsdən sonra daha bir il polis nəzarəti altında yaşayacaq. Üstəlik, jurnalist 3000 Misir funtu (təxminən 168 dollar) cərimə olunub. Aparıcının apellyasiya şikayəti vermək hüququ var.

Telekanal da zərər görüb. LTC TV-yə iki həftə efirə çıxmaq qadağan olunub. Telekanal peşəkar qaydaları pozmaqda günahlandırılıb.

Paylaş »
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Elnur Əşrəfoğlu vəfat edib
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »