Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiyanın Türkiyədəki səfirliyində saxta viza qalmaqalı

Finlandiyanın Türkiyədəki səfirliyinin əməkdaşları yüzlərlə saxta Şengen vizası verməkdə ittiham olunur. Səfirliyin xüsusilə üç əməkdaşının bu işdə əli olduğu dəqiqləşib.

Finlandiyanın sahil mühafizə idarəsinin təhqiqat bürosunun direktoru Antti Leskelin dediyinə görə, yüzdən artıq vizada məlumatların saxtalaşdırılması müəyyənləşib.

Bizimyol.info xəbər verir ki, Skandinaviya ölkəsinin xarici işlər nazirliyi məsələyə çox həssas yanaşıb. Ciddi araşdırma aparılır. Nazirliyin konsulluq xidmətləri departamentinin rəhbəri Pasi Tuominen deyib: “Vizaların hazırlanması üzrə əməkdaşları səfirlik işə cəlb edir. Sadəcə, onlar Finlandiyada yoxlamadan keçirlər. Xarici işlər nazirliyi tədris kursu keçir və sonda uyğun vəsiqə təqdim edir. Şübhə var ki, vizaların hazırlanması prosesi təyinatı üzrə istifadə olunmayıb. Şübhəli şəxslər işdən azad olunub”.

Keçən il ərzində Finlandiyanın Ankaradakı səfirliyinə Şengen vizası üçün 4014 müraciət olub. Müraciətlərdən əksəri müsbət cavablanıb. Yalnız 23,1 faiz imtina cavabı verilib.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »