Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mustafa Hacılı özünü təqsirli bilmədi
Dövlət əleyhinə açıq çağırışlarda ittiham edilən baş redaktor hazırkö mərhələdə ifadə verməkdən imtina edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Basta.info" saytının baş redaktoru Mustafa Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, M.Hacılı saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub. Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin gülllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda yazılıb ki, M.Hacılı "Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə" bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

İddia olunur ki, Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər, narahatlıq keçiriblər.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, indiki mərhələdə ifadə verməkdən imtina edib.

M.Hacılı deyib ki, öncə şahid qismində tanınan şəxslər, o cümlədən "basta.info"dakı yazılardan təşviş keçirdiyini iddia edən üç qadın dindirilsin, sonra özü də ifadə verəcək.

M.Hacılının vəkili Osman Kazımov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs nəinki özünü təqsirli bilmir, ümumiyyətlə, ittihamın mahiyyəti onlara aydın deyil. Vəkil prokurorun ittihama aydınlıq gətirilməsini tələb edib.

Prosesdə şahid qismində dindirilən Heybət Əmrah, Könül Alıyeva və Rüfət Baxışov basta.info saytı ilə əməkdaşlıq etdiklərini bildiriblər. Onlar ictimai əsaslarla yazılar yazdıqlarını söyləyiblər.

Könül Alıyeva bildirib ki, saytla bağlı başlanmış cinayət işinə əsas göstərilən məqalələrin hər ikisi başqa mənbədən götürülüb, istinadla dərc olunub: "İstinadla dərc olunmuş məqaləyə görə bizə qarşı cinayət işi başlanıb" h deyən şahid bunun absurd olduğunu deyib.

O.Kazımov deyib ki, saytın əməkdaşlarının dindirilməsi, onların ifadələrinin bu ittihama aidiyyəti yoxdur. Prokurorluq şahidlərin sayını artırmaqdan ötrü bu üsulu seçib.

"Məqalədə Yunis Səfərovun döyülmüş vəziyyətdə olan şəklindən bəhs olunur. O şəkli Mustafa Hacılı necə əldə edə bilərdi? Əgər hadisə polis idarəsində baş veribsə, deməli, foto da oradan ötürülüb və sosial şəbəkələrdə yayılıb" deyə vəkil bildirib.

Məhkəmə yanvarın 29-da davam edəcək.

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işi qaldırıb. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacılı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da o, təqsirləndirilən şəxs qismində cəlb olunub. M.Hacılıya qarşı 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacılı 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacılı barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »