Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Penitensiar Xidmətdən Əfqan Muxtarlı ilə bağlı açıqlama
Mehman Sadıqov: "Hər hansı qərəzdən söhbət gedə bilməz"

Həbsdə olan jurnalist Əfqan Muxtarlı təxribatla üzləşəcəyindən narahatdır. Bizimyol.info xəbər verir ki, bu barədə jurnalisin həyat yoldaşı Leyla Mustafayeva məlumat paylaşıb. O bildirib ki, Əfqan zəng edərək, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərin artdığını deyib. " O təcili olaraq vəkilləri ilə görüşmək istədiyini bildirdi. Dediklərini olduğu kimi yazıram:

"Mənə yeməyi, dərmanları Samir Əsədli gətirir. Samir Əsədliyə zəng etməyə yasaq qoyublar. Ad günümdə dostlarım və həmkarlarımdan 200 - dək təbrik məktubu və açıqcalar gəlib. Onları da mənə verməkdən imtina ediblər. Məni xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar.

Həbsxananın əməliyyat şöbəsinin inspektoru Kamil adlı şəxs mənə gətirilən "Neft Fəlsəfəsi" kitabını və Elxan Xanəlizadənin "Zəncir" romanını verməkdən imtina etdi, mənə dedi ki, kitab oxumasan nə olacaq ki?!

Bir həftədən çoxdur, məni təxribata çəkirlər. Bu işdə cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənov və Kamil adlı inspektor fəallıq göstərir. Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər.

Həbsxanadakı məhbuslara sifarişlə suvenir gəmilər düzəltdirib dostlarıma göndərirdim. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi həmin məhbuslara da təzyiq edib. Həmin məhbuslar suvenir gəmilər üçün verdiyim sifarişi və pulu geri qaytarıblar.

Görünür, mənə verdikləri 6 il həbs cəzası ürəklərini soyutmayıb. Mehman Hüseynova qarşı qaldırılan son cinayət işinə xitam verdilər. Amma digər məhbusların azadlığa buraxılması üçün cəhdləri, aksiya və kampanyaları davam etdirmək lazmıdır. Siyasi məhbusların azadlığa buraxılması üçün mitinqə çıxanlara,eləcə də aclıq aksiyasına qoşulan hər kəsə təşəkkür edirəm".

Vəkil Elçin Sadıqov Bizimyol.info saytına açıqlamasında deyib ki, hazırda Əfqan Muxtarlı ilə görrüşə gedir: "Nə baş verdiyi barədə hələlik məlumatım yoxdur. Görüşdən sonra ətraflı məlumat verəcəyəm".

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Bizimyol.info saytının sorğusuna cavab verib. O bildirib ki, Əfqan Muxtarlı qarşı hər hansı təzyiq edilmir: "Hamsısa qərəzdğn söhbət gedə bilməz. Bütün məhbuslar üçün müəyyən edilmiş qaydalar var və hər kəs bu qaydalara əməl etməyə borcludur".

Əfqan Muxtarlıya yeni cinayət işinin açılacağı barədə deyilən iddiala bağlı isə M.Sadıqov belə cavab verib: "Cəzaçəkmə müəssisəində hansısa qanunazidd əmələ yol verilirsə, kimliyindən asılı olmayaraq, buna hüququ qiymət verilir".

Jurnalist Əfqan Muxtarlı cümə günü 6 il müddətinə azadlıqdan məhrum edilib.

O dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə günahlandırılıb.

Jurnalist özü və beynəlxalq İnsan Haqları Müdafiə təşkilatları bunun siyasi olduğunu və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyirlər.

Rəşad Vaqifoğlu

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »