Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
17 yaşlı oğul anasına əl qaldıran atasını öldürdü - Azərbaycanda dəhşət
Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını öldürən yeniyetmənin məhkəmə prosesi başlayır.

Ölkə.az xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Quliyev Eşqin Ramil oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 23-də hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Məlumata görə, R.Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu E.Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb, ona üstəlik, bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »