Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan milli komandasının məğlubiyyətini xalqdan gizlədiblər

Türkmənistanın futbol üzrə milli komandası Asiya Kubokunda çox uğursuz çıxış edib. Türkmənlər BƏƏ-də keçirilən yarışın qrup mərhələsində hər üç oyunda uduzub.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda milli komandanın uğursuzluğunu xalqdan gizlədiblər. Düzdür, əvvəlcə ilk oyun haqda məlumat vermək qərarına gəliblər. Ona görə ki, Türkmənistan Yaponiyanı birinci hissədən sonra 1:0 hesabı ilə məğlub edirmiş. Yerli media bunu toy-bayramla izləyicilərə, oxuculara çatdırıb.

Hətta yaponlar ikinci hissədə yaxşı oynayaraq, türkmənləri 3:2 hesabıyla məğlub edəndə də televiziya və mətbuat uğurdan danışıb. Media milli komandanın qələbəyə layiq olduğunu, amma istənilən halda yaxşı təcrübə qazandığını deyib.

Türkmənlər sonrakı oyunlarda çox inamsız təsir bağışlayıb. Özbəkistana 0:4, Omana 1:3 hesabıyla uduzublar. Bu halda media susmaq qərarına gəlib. Asiya Kuboku haqda tamamilə məlumat verməyi saxlayıblar.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »