Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş qaynatasını öldürənə hökm oxundu
Samir Şabanov 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini S.Şabanov keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib.

Samir Şabanov elan olunmuş ittihamla üzrə özünü qismən təqsirli bilib. O söyləyib ki, hadisədən əvvəl həyat yoldaşı ilə boşanıb və alimentə görə aralarında mübahisələr olub. Alimentin artırılması Şabanov narazı salıb.

"Alimentə görə 6 min manat ödəməli idim. Ödəmədiyim üçün onlar məni şikayət etdilər. Buna görə məni icradan çağırdılar. Həmin vaxt mərhum da orada idi. Bu məsələyə görə aramızda mübahisə oldu"- deyən Samir Şabanov qətlin də həmin gün axşam baş verdiyini əlavə edib.

Samir Şabanov icradan evə qayıdandan sonra Hətəm Şabanovla yenidən mübahisə etdiyini və onu öldürdüyünü bildirib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »