Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud filmlərindən bezənlər üçün 14 fərqli film

Hollivud filmləri heç də həmişə maraqlı olmur. ABŞ-da xeyli kino nümunələri xüsusi effektlərlə çəkilir və mənəvi mesaj ötürməkdən çox uzaq olur.

Əvəzində dünyanın qalan hissəsində çoxlu yaxşı filmlər çəkilir. Bizimyol.info ənənəvi Hollivud kinosundan yorulanlar üçün 14 film təqdim edir:

“Fil sakit oturur” (Çin)

© Da xiang xi di er zuo / Dongchun Films

Həyatın xoşagəlməz sürprizlər bəxş etdiyi üç adamdan bəhs edir. Onların hər üçü Manculidəki bir fili görmək istəyir.

“Mərhəmət” (Yunanıstan, Polşa)

© Pity / Beben Films

Baş qəhrəman hər səhər göz yaşları ilə oyanır: həyat yoldaşı komadadır. Amma nə qədər qəribə səslənsə də, bu onu həm də xoşbəxt edir.

“Bazar günü xəstəlik” (İspaniya)

© La enfermedad del domingo / ICEC

Yaşlı zəngin qadının rahatlığını 30 il əvvəl atdığı qızı pozur. Amma qızı heç də var-dövlət arxasınca gəlməyib.

“Yeddinci gün” (ABŞ)

© En el Séptimo Día / Cinema Guild

Meksikalı emiqrantları iş o qədər yorur ki, yalnız bir əyləncə haqda düşünməyə heyləri qalır. Bazar günü futbol oynamaq.

“Binqo – səhər efirinin kralı” (Braziliya)

© Bingo: O Rei das Manhãs / Empyrean Pictures

Auqusto həmişə aktyorluqla məşhurlaşmağı arzulayıb. Budur, indi şans yaranıb. Səhər efirində uşaq verilişinin aparıcısı olmaq.

“Pis dahi” (Tailand)

© Chalard games goeng / GDH 559

Əlaçı Linn yeni məktəbində çox məşhurlaşır. İndi onun bəzi məktəblilərə imtahanlarda pulla kömək etmək fürsəti var.

“Ağacdələnlər” (Dominikan)

© Carpinteros / Tabula Rasa Films

Xulianın ağlına da gəlməzdi ki, məhz həbsxanada həyatının mənasını tapacaq. O, burada öz məhəbbəti ilə qarşılaşır.

“İkiüzlü sevgili” (Fransa, Belçika)

© L'amant double / Mars Films

Mədə ağrılarından əziyyət çəkən Xloya həkimə gedir. Həkim onu psixoanalitikə yönəldir. Xloya bu adama vurulur. Amma zaman-zaman hiss edir ki, nəsə qaydasında deyil.

“Apqreyd” (Avstraliya)

© Upgrade / Blumhouse Productions

Elə bir zaman gəlir ki, texnoligiya ətrafda hər şeyə nəzarət edir. Qrey daim süni intellektlə dialoqda olmalıdır.

“Manifesto” (Almaniya, Avstriya)

© Manifesto / Bayerischer Rundfunk

Film ayrı-ayrı 13 hissədən ibarətdir. Hər hissədə bədii manifestləri məşhur aktrisa Keyt Blanşettin ifasında eşidə bilərsiniz.

“Kvadrat” (İsveç, Almaniya, Danimarka, Fransa)

© The Square / Plattform Produktion

Kristian Stokholm muzeyinin uğurlu kuratorudur. “Kvadrat” əsəri nəsə fərqli aura yaradır. Amma bir hadisə Kristianın hər şeyə münasibətini dəyişir.

“Okça” (Cənubi Koreya, ABŞ)

© Okja / Lewis Pictures

Böyük bir beynəlxalq şirkət nəhəng eksperimental heyvanlar hazırlayıb, dünyanın müxtəlif yerlərindəki fermerlərə paylayır. Okça beləcə bir qızcığazın sevimlisinə çevrilir. İndi onları ayırmaq mümkün deyil.

“Eyforiya” (Böyük Britaniya, İsveç, Almaniya)

© Euphoria / B-Reel Films

İki bacı uzun fasilədən sonra görüşür. Emiliya həyatının son günlərini İneslə qeyri-adi yerdə keçirməyi düşünür.

“55 addım” (Almaniya, Belçika)

© 55 Steps / Elsani Film

Filmin qəhrəmanı zəhmətkeş və uğurlu vəkildir. Onu çox çətin sınaq gözləyir. Vəkil psixi problemləri olan müştərisi ilə böyük klinikanı məğlub etməlidir.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »