Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyaya getmək istəyənlərin nəzərinə: Miqrantları kütləvi şəkildə qovurlar

Avropada Almaniya qədər heç bir ölkəyə sığınacaq üçün üz tutan yoxdur. Xeyli azərbaycanlı da ora pənah aparıb. Amma rəqəmlər göstərir ki, Almaniya həm də sığınacaq almaq üçün ən çətin şərtlər ortaya qoyan ölkədir.

Bizimyol.info xəbər verir ki, keçən ilin yanvarından noyabrına qədər almanlar 8658 nəfəri Avropa İttifaqının başqa ölkələrinə yollayıb. 2017-ci ildə bu rəqəm daha az idi (7102).

Dublin sazişinə görə, Şengen zonasına daxil olan miqrant bu ərazidə məhz ilk ayaq basdığı ölkədən sığınacaq istəməlidir. Almaniya da bu sazişi əldə əsas tutaraq, əsasən Afrikadan, Asiyanın müsəlman kəsimindən, Qafqaz və Orta Asiya ölkələrindən olan adamları Avropanın digər yerlərinə qaytarır. Yəni Şengen zonasında ilk hara ayaq basmışdılarsa, ora göndərir.

Əslində, Almaniyanın 51558 nəfəri geri qaytarmaq fikri var. Elə bu qədər də Avropa İttifaqının digər ölkələrinə sorğu göndərilib. İndiyə qədər göndərilən sorğuların 68,6 faizinə müsbət cavab alınıb. Bu o deməkdir ki, Almaniyada Avropanın başqa yerlərindən gələn qeyri-avropalı miqrantların əksəri uğursuzluğa düçar olur.

Macarıstan, ümumiyyətlə, heç kimi geri götürmür. Keçən il Yunanıstan yalnız 5 nəfəri qəbul edib. İtaliya isə hər üç nəfərdən birini qəbul etməyə hazırdır. Miqrantlarla bağlı xüsusilə Macarıstan və Polşa üzərinə heç bir məsuliyyət götürmək istəmir.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »