Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Forbes”dən öldükdən sonra da pul qazanan ulduzların siyahısı

“Forbes” jurnalı öldükdən sonra pul qazanan ulduzların siyahısını dərc edib.

2018-ci ildə sözügedən ulduzlar 628 milyon dollar qazanıblar. Bu isə ötən il ilə müqayisədə 2 dəfə çoxdur.

Siyahıda 13 mərhum ulduzun adı yer alıb. Onların yaradıcılığı hələ də pul qazandırır.

Artıq altı ildir ki, siyahıya Maykl Cekson rəhbərlik edir. Bu il onun varisləri 400 milyon dollar qazanıblar.

İkinci yerdə Elvis Preslidir. Onun varisləri 40 milyon dollar qazanc əldə ediblər.

Üçüncü yerdə isə 2016-cı ildə dünyasını dəyişən qolf ulduzu Arnold Palmer qərarlaşıb. Onun varisləri 35 milyon dollar gəlir əldə ediblər. Sonra isə siyahıda karikaturaçı-rəssam Çarlz Şults (34 milyon dollar), Bob Marli (23 milyon dollar) qərarlaşıb.

Bundan başqa Hyu Hefner, Merlin Monro, Prins, Con Lennon, repçi XXX Tentacion və Məhəmməd Əli də siyahıya daxil edilib. Siyahını 13-cü pillədə Betti Peyc bağlayır. Onun varisləri 7 milyon dollar qazanıblar. (Olke.az)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »