Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda pivə söhbətinə görə 15 min pul tələb edənə hökm oxundu

Bakıda pivə söhbətinə görə 15 min pul tələbi Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iki gəncə cəza kəsilib - Emin Mərdanov və Emil Hüseynovun hər biri 2 il azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinib.

Bizimyol.info xəbər verir ki, pul tələb etdikləri də elə öz tanışları Sədiyar Salayev olub. Cinayət işinin materiallarında yazılıb ki, S.Salayev işlədiyi obyektdə qonşusunun pivə oğurlamasından şübhələnib, bu barədə Emin Mərdanov və Emil Hüseynova danışıb. Ancaq onlardan xahiş edib ki, qonşusuna bu haqda heç nə deməsinlər.

Bir müddət sonra Emin və Emil gəlib Sədiyara deyiblər ki, qonşusuna onu pivə oğurluğunda günahlandırdığını xəbər verəcəklər. Əgər bunu istəmirsə, o zaman 15 min pul versin. İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər birinci dəfə bu məbləğin yarısını - 7 min 500 manat alıblar.

Yenidən pul tələb edəndə Sədiyar polisə şikayət edib. Növbəti görüşdə onlara 2 min dollar pul verəndə hüquq-mühafizə orqanlarının əməkdaşları Emin Mərdanov və Emil Hüseynovu saxlayıb.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »