Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ayın tutulması əhalini qorxutmamalıdır” - Xıdır Mikayılov

“Bu gün səhər saatlarında 2019- cu ilin ilk Ay tutulması hadisəsi baş verib. Tutulma prosesi Bakı vaxtilə 07:34 də başlayıb və 10:51-də sona çatıb”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

X. Mikayılov bildirib ki, tutulma səhər satlarında baş verdiyindən Azərbaycan ərazisində onun çox cüzi bir hissəsini izləmək mümkün olub: “İzləmə prosesi təxminən 10-15 dəqiqə, Naxçıvan ərazisində isə yarım saata qədər çəkib. Prosesi daha çox Avropanın Qərb hissəsi, Cənubi və Şimali Amerika, Atlantik hövzəsi ölkələri tam izləyə biliblər”.

Direktor müavini xatırladıb ki, bir il ərzində iki Ay, üç Günəş tutulması hadisəsi baş verir: “Keçən il Marsla Yer qarşıdurması zamanı iyulda Ay tutulması hadisəsi baş verib. Ötən il baş verən hadisə son 100 ilin ən uzun Ay tutulması hadisəsi olub. Adətən Yer, Günəş disklərinin mərkəzləri düz xətt üzərində olanda tutulmanın vaxtı uzun çəkir. Ötən ilki tutulmanın vaxtı 1 saat 43 dəqiqə çəkib. Lakin bugünkü tutulma tam bir düz xətt üzərində olmadığından bu, 1 saat 2 dəqiqə ərzində baş verib”.

Onun sözlərinə görə, növbəti Ay tutulması iyulun 17-də gözlənilir: “Bakı vaxtilə proses saat 00:03-də başlayacaq və 03:00-da isə başa çatacaq. Bu tutulmanı aydın müşahidə etmək mümkün olacaq. Bu il həmçinin 3 dəfə Günəş tutulması hadisəsi proqnozlaşdırılır. Biri 6 yanvarda baş verib. Növbəti tutulma fevralın 2-dən 3-nə keçən gecə, sonuncusu isə 26 dekabrda olacaq. Sonuncunu 08:03-dən 08:52-yə qədə izləmək mümkün olacaq”.

X. Mikayılov vurğulayıb ki, bu hadisələr əhalini qorxutmamalıdır: “Qorxulu heç bir şey yoxdur. Bu səma cisimlərinin bir-birinin ətrafında fırlanması ilə bağlı olan prosesdir. Hansısa elmdən uzaq insanlarda qorxu hissi yarana bilər. Ayın səthi tutulma zamanı qızarır. Buna bəzən “qanlı Ay” deyirlər.Ona görə də insanları vahimə içərisində saxlayırlar. Bu qanın Aya heç bir aidiyyatı yoxdur. Ayın şüalanması olmadığına görə o Günəş şüalanmasını əks etdirir. Buna görə də Ayın müxtəlif fazalarını görürük. Günəş şüaları Yer atmosferindən keçərək müəyyən çətinliyə və sınmaya məruz qalır. Buna görə də Ayın səthinə qırmızı və narıncı şüalar çatır. Aydan da həmin şüalar bizə əks olunduğuna görə tutulma prosesində onu narıncı və ya qırmızı rəngdə görürük”.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »