Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Havada oksigen seyrəkliyi yarandı - RƏSMİ XƏBƏRDARLIQ
“Son 4 gündə davam edən isti, yüksək temperatur havada oksigen seyrəkliyinin yaranmasına səbəb olub”.

Bunu "Report"a məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib.

O qeyd edib ki, temperaturun yüksəlməsi, zəif şərq küləklərinin əsməsi nisbi rütubəti artırıb: "Qeyd etdiyim meteoroloji şəraitlə bağlı atmosfer havasının keyfiyyətinə nəzarət üzrə monitorinqlərin operativliyi artırılıb. Bu dörd gün ərzində hava hövzəsində bəzi inqridiyentlər, əsasən azot-oksidi, hisin miqdarı sanitar normadan 10-20 fazi yuxarı qalxıb. Bu, hazırkı hava şəraitində elə də böyük artım deyil. 2-3 kimyəvi maddənin miqdarının normadan bir qədər yuxarı olması durğun hava şəraiti ilə bağlıdır və insan sağlamlığı üçün heç bir təhlükə yaratmır. Statistikaya nəzər salsaq görərik ki, atmosferə ən çox çirkləndirici qaz qarışıqları nəqliyyat vasitələrindən atılır. Bu da bir faktdır ki, hər il avqust ayında "Təmiz hava" aylığı elan edilir və bu ayda nəqliyyat vasitələrinin tullantılarına ciddi nəzarət aparılır. Digər bir tərəfdən tətillərin bu ayda daha çox olması, şəhərdə avtomobillərin və tıxacların sayının azalması deməkdir. Ölkə ərazisində bu günlərdə tranzit gətirmələrin olmaması cüzi artımın lokal xarakter daşıdığını göstərir və havanın keyfiyyətinin qənaətbəxş olduğu qiymətləndirilir.”

M.Avazova onu da bildirib ki, artıq avqust ayının 10-dan şimal küləyinin əsməsi gözlənilir. Bu da meteoroloji şəraitin yəni temperaturun 3-5 dərəcə enməsinə, eləcədə oksigen bolluğuna şərait yaradacaq. Onun sözlərinə görə, hazırda Bakı şəhərinin atmosfer havasında yüksək çirklənmə halı qeydə alınmır və sabahdan başlayaraq çikləndiricilərin intensiv səpələnməsi gözlənilir: "Bülletenlərimizdən istifadə edənlər meteoroloji şəraiti nəzərə alaraq öz səhhətlərinə daha diqqətli yanaşmalıdırlar".

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »