Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı Rusiyaya qanunsuz keçməkdə günahlandırılır
24 yaşlı Azərbaycan vətəndaşının üç dəfə qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə keçməsi haqqında cinayət işi üzrə ittiham aktı təsdiq olunub.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə bölgə prokurorluğu məlumat yayıb.

Vətəndaş Rusiya federasiyası Cinayət məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsinə əsasən, üç cinayətdə, o cümlədən, Rusiya qanunvericiliyinə əsasən, ölkəyə girişinə icazə verilməyən əcnəbi şəxsin Rusiya federasiyasının dövlət sərhədini keçməsində təqsirli bilinib.

İstintaq müəyyən edib ki, vətəndaş əvvəllər Kamçatka bölgəsinin ərazisində məskunlaşıb. 2016-cı ilin dekabrında Petropavlovsk-Kamçatka şəhər məhkəməsinin qərarı ilə o, Rusiya ərazisində olmaq hüqunu verən sənədlərin olmaması və ölkədən çıxışdan imtina etməsini təsdiq edən İnzibati xətalara dair Rusiya Federasiyasının Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci hissəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilib. Məhkəmənin qərarı ilə o, Rusiya Federasiyasının ərazisindən çıxarılıb.

Azərbaycan ərazisində olduğu zaman yenidən Rusiya ərazisinə maneəsiz keçmək məqsədilə o, başqa ad və anket məlumatları ilə yeni pasport əldə edib.

2017-ci ildə vətəndaş üç dəfə Azərbaycandan aviareyslə, Rusiya hava limanlarından birinin keçid məntəqəsində Rusiya dövlət sərhədini keçib. O, Kamçatka bölgəsi ərazisində Şərqi Arktika rayonu üzrə Rusiya Federal təhlükəsizlik bürosu sərhəd idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daha öncə gənc Petropavlovskda avtomobil yuma mərkəzində çalışıb, hazırda isə rəsmi olaraq heç yerdə işləmir.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsi 300 min rubl məbləğində cərimə (təqribən 7672 manat – red.), dörd ilə qədər məcburi əmək və ya dörd ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »