Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ucarda yeniyetmə qız qaçırılıb - "Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək"
Ucar rayonunda 16 yaşlı qız 30 yaşlı kişi tərəfindən qaçırılıb.

Oxu.az xəbər verir ki, bunu qızın nənəsi iddia edib:

"Nəvəm ona əmi deyir və onu istəmir. İstəyirəm, nəvəm təhsil alsın. Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək".

Qızı qaçıran şəxs isə onu öz istəyi ilə qaçırdığını iddia edib:

"Nənəsi onu öz qohumuna ərə vermək istəyirdi. Qız razılaşdı və mən onu qaçırdım. Bizi ancaq Allah ayıra bilər".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə oxu.az-a açıqlamasında bildirib ki, Ucarda qaçırılan 16 yaşlı qızın nənəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

"Biz uşağın mənafeyi baxımından hazırda Ucardayıq və rəsmi şəkildə nənəsi nəvəsinin zorla qaçırılması barədə polisə müraciət edir", - deyə K.Ağazadə bildirib.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »