Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Direktor dövlət proqramına zidd olaraq şagirdlərlə "şıdırğı getdi" - Video

Çində məktəblərin birində dövlət tərəfindən gündəlik təmrinlər üzrə təsdiqlənmiş proqramın tələblərini rədd edərək şagirflərlə birlikdə rəqs edən direktorun videogörüntüləri ortaya çıxıb. Bizimyol.info "South China Morning Post"-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.

Amma sosial şəbəkə izləyiciləri direktorun işdən qovulacağı ilə bağlı ehtimallardan narahatlıqlarını ifadə ediblər.

Kadrlardan görünür ki, Şansi əyalətinin Linyi rayonunda yerləşən məktəbin 40 yaşlı direktoru Çjan Penfey (Zhang Pengfei) uşaqlarla birlikdə rəqs edir. Həmkarları da onunla birlikdə rəqs hərəkətlərini təkrar edirlər.

Direktor bildirib ki, hələ noyabr ayında dəyişikliklər etmək istəyib. Çünki adi gimnastika nə şagirdlərin xoşuna gəlir, nə də müəllimlərin. Üstəlik, gimnastika zamanı uşaqlar vaxtın çoxunu hərəkətsiz keçirirlər. Ona görə də direktor şəxsən özü uşaqlara rəqs dərsləri keçib və onlarla birlikdə özü də rəqsə qoşulub.

Əvvəlcə müəllimlərin yarısı bu qərara qarşı çıxsa da, sonda onlar da fikirlərini rəqsin lehinə dəyişiblər. Xəbər verilir ki, məktəbdə adi gimnastika hələ dekabrda ləğv edilib, amma bu video yayılana qədər bundan heç kimin xəbəri olmayıb.

Çoxları hesab edirlər ki, ictimaiyyət direktorun bu addımını rəğbətlə qarşıladığına görə hələlik onu işdən çıxarmayacaqlar, amma hadisə ətrafında hay-küy sakitləşəndən sonra direktorun işdən çıxarılması gözlənilir.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »