Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçədən tapdığı pulları sahibinə qaytardı, mükafat da istəmədi

Nyu York sakini Kim Stinburq 8500 dollarını itirəndə pullarını tapmağa ümidi böyük deyildi.

Amma onun pulunu mərhəmətli bir adam tapıb. Terri Brubeyker küçədə qarşısına çıxan vəsaiti sahibinə qaytarmaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, xanım Stinburq 8500 dollarla həm atasının mülkiyyət vergisini ödəməyi, həm də gəmi ilə səyahətə çıxmağı düşünürdü. Düzdür, keçən ilin oktyabrında ərini itirəndən sonra kruiz fikrindən vaz keçmişdi, amma Kimin bu pullara yenə çox ehtiyacı vardı. O, bacısı qızını avtomibilinin arxa oturacağına qoyanda pulunu konvertdə maşının üstündə unudur. Avtomobil gedəndən sonra isə pul yerə düşür. Beləcə, həmin vəsaiti Brubeyker tapır.

Bir məsələ də var: Terri pulu tapanda qiymətli kağızların bir hissəini külək aparmışdı. Buna görə də Brubeyker yalnız 8000 dolları geri qaytara bilib.

Stinburq bu mərhəmətli adamın borcundan çıxmaq qərarına gəlib və ona mükafat təklif edib. Amma Brubeyker heç bir təmənna güdmədiyini deyib. Stinburq artıq həmin pullarla səyahətə çıxıb.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »