Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra Hakimiyyətindən “səs-küylü” fotoya münasibət
20 Yanvar faciəsinin 29-cu ildönümü zamanı şəhidləri ziyarətə gələn fiziki qüsurlu hərbçinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fotoda əlil arabasında oturan hərbçinin iki polisin köməyi ilə pilləkənləri qaldırılması əks olunub.

Sosial şəbəkə istifadəçiləri paylaşım zamanı fotoya “qəhrəman polislərimiz, qürur yerimiz” şərhini verərkən, digərləri ərazidə fiziki məhdudiyyətli şəxslər üçün pandusların olmamasına diqqət çəkərək, “qürurlanmaq yox, utanmaq lazımdır”, - yazıblar.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sonuncu təmir zamanı bu kimi məsələlər nəzərə alınıb:

“Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən mənə verilən məlumata görə, sonuncu dəfə Şəhidlər Xiyabanında əsaslı təmir işləri yekunlaşdıqdan sonra fiziki məhdudiyyətli vətəndaşların Şəhidlər Xiyabanını rahat şəkildə ziyarətini təmin etmək, eskalator və əlil arabalarının yuxarı qaldırılması üçün xüsusi lift qurşadırılıb. Əlil şəxslər həmin eskalator vasitəsilə yuxarı qaldırılır, onunla da aşağı düşürülür”.

İ.Kərimov qeyd edib ki, eskalator və lift xiyabanda sonuncu qəbirlər olan hissədə quraşdırılıb.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »