Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərdar Ortaçı Gürcüstan sərhədində soyundurdular - Video
Tanınmış türkiyəli müğənni Sərdar Ortaç konsert vermək üçün dəvət aldığı Gürcüstanla sərhəddə xoşagəlməz insidentlə üzləşib.

Oxu.Az-ın xəbərinə görə, buna səbəb müğənninin xəstəliyi ilə əlaqədar özü ilə götürdüyü dərmanlar olub.

Sərdar Ortaç öz “Instagram” səhifəsində bildirib ki, Gürcüstan sərhədçilərinə MS xəstəsi olduğunu (dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi) izah etməyə çalışsa da, saatlarla gözlədilib, soyundurularaq üzərində axtarış aparılıb.

Bu hadisədən qəzəblənən müğənni ilk paylaşımında “məni az da olsa, sevirsinizsə, Gürcüstana gəlməyin” yazsa da, sonra ikinci bir paylaşımla bunu qəzəb içində yazdığını, başına gələnlərin bütün Gürcüstanla əlaqəsi olmadığını qeyd edib.

Gürcüstanda konsert verən müğənni çıxışına “səni sevirəm, Gürcüstan” deyərək başlayıb.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »