Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Estetik əməliyyatla 35 yaş cavanlaşdım”
“Arıqladım, üzüm çox düşdü, qırışlarım yarandı, onları aradan qaldırmaq istədim. Özümə “maya” qoymaq qərarına gəldim. Əməliyyatdan sonra 30-35 yaş cavanlaşdım”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri bir neçə həftə bundan əvvəl estetik əməliyyat etdirən əməkdar artist Nahidə Orucova “X maqazin”ə danışarkən bildirib.

Tanınmış aktrisa onu tənqid edənlərə də cavab verib: “Deyirlər ki, bir arayağı burda, o biri gordadır, niyə plastik əməliyyat etdirir? Belə şeylər nəyə lazımdır. İnsanın həyatı sevməyi pisdir? Qadın gözəl olmalıdır. İnsan insanı sevər. Sevmirsizsə, onların səhifələrinə girməyin. İllər keçdikcə nə problem çıxsa, əməliyyat etdircəm. Allah necə yaradıbsa, elə də oluram. Sadəcə olaraq bir az əl gəzdirirəm”.

Son xəbərlər
Bütün xəbərlər »