Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı 26 adamı barədə maraqlı rəqəmlər

Dünya əhalisinin təxminən tən yarısı – 3,8 milyard insan yoxsulluq səviyyəsində yaşayır. Amma eyni zamanda milyarderlərin sayı da dayanmadan artır.

Dünya zənginlərinin sayının son on ildə azı iki dəfə artdığı bildirilir. İndi planetin ən varlı 26 adamının birlikdə sərvəti yoxsul 3,8 milyard insanın qəpik-quruşunun ümumi miqdarından çoxdur.

Bizimyol.info xəbər verir ki, araşdırmanı “Oxfam” humanitar təşkilatı aparıb. Nəticələr məşhur Davos iqtisadi forumunda da müzakirə olunacaq.

Xüsusilə son iki ildə hər iki gündən bir yeni milyarder “doğulub”. İndi dünyada 2208 milyarder var. Onlardan yalnız 256-sı qadındır. Araşdırma milyarderlərin ümumilikdə 9,1 trilyon dollar sərvəti olduğunu göstərir.

Milyarderlərin sayı daha çox Çində artır. Amma Asiya ölkəsi dünyanın ən zəngin adamlarının sayında ABŞ-a uduzur. Çində 476, ABŞ-da 585 milyarder var. Son bir ildə ümumilikdə 259 yeni milyerder ortaya çıxıb.

Dünyanın ən zəngin adamı Ceff Bezosdur. “Amazon” şirkətinin rəhbərinin 112 milyard dolları var. Təsəvvür edin, Bezos son bir ildə sərvətini 39,2 milyard artırıb. Ceff o qədər varlıdır ki, onun var-dövlətinin cəmi bir faizi 105 milyon əhalisi olan Efiopiyanın birillik səhiyyə xərclərinə bərabərdir.

Dünyanın ilk milyarderi Con Rokfeller olub. “Standard Oil” şirkətinin rəhbəri 1916-cı ildə sərvətini milyard həddinə çatdırıb.

Son xəbərlər
Bütün xəbərlər »