Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çexiyada azərbaycanlı gənc iki uşağı ölümdən xilas edib
Çexiyanın Zlin şəhərində azərbaycanlı gənc Aslanov Ruslan yerli millətə məxsus iki uşağı yanan kafedə ölümdən xilas edib.

“Report”un Polşa bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 19-da baş verib.

Şəhərin kənarındakı kiçik kafelərin birində qəflətən baş verən yanğın zamanı yaranan panikada obyektdən küçəyə atılan insanlar arasında qadın müştərilərdən birinin iki az yaşlı uşağı kafedə qalır. Yanğın söndürənlər gələnə qədər yanğın şidddətləndiyindən azyaşlılar faktiki olaraq ölümlə üzləşirlər, uşaqların anası da daxil heç kim uşaqları xilas edə bilmir. İnsanlar arasında yalnız R. Aslanov bir neçə nəfərin üst geyimini alaraq bürünüb içəri girir, uşaqları xilas edir. Hadisə nəticəsində azərbaycanlı gənc və azyaşlı çexlər yüngül xəsarət alıblar. Etdiyi fədakarlığa görə uşaqların valideynləri azərbaycanlıya mükafat təqdim etsələr də o bundan imtina edib.

Qeyd edək ki, R. Aslanov Çexiyada və Polşada kiçik bizneslə məşğuldur.

Son xəbərlər
Bütün xəbərlər »