Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa!” - Yol polisinə ağır ittiham

Tanınmış təhsil eksperti Etibar Əliyev Dövlət Yol Polisindən (DYP) açıq narazılıq ifadə edənlərin sırasına qoşulub.

“AzPolitika.info”nun məlumatına görə, E.Əliyev “Facebook”da paylaşdığı statusunda DYP-ni “sürücülük vəsiqəsi satmaqda və sürücüləri pusmaqda” ittiham edib.

Foto: Facebook

E.Əliyev yazır: “Yanvarın 18-də saat 19:00 radələrində Səbail rayonu ərazisində, Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik

Etibar Əliyev

Xəstəxananın həkim-kardioloqu, 2 ay əvvəl ailə qurmuş Lalə Sadayzadəni vurub və nəticədə xanım həkim hadisə yerində ölüb. Allah Rəhmət eləsin.

Dünyanın hər yerində piyada keçid zolaqları işıqlandırılır. Bunu hələ indiyə qədər bilmirsiniz? Dövlət Yol Polisinə qiyməti 50-60 min dollarlıq maşınlar almaq əvəzinə bunu etmək lazımdır. Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa! DTX, Müdafiə Nazirliyi və Milli Məclisin yaxınlığındakı piyada keçid zolağında adam vurana da yəqin ki, sürücülük vəsiqəsini əyri yolla veribsiniz.

Neftçilərdən Qaraçuxur və Bakıxanov Qəsəbəsinə düşən yolda gecə göz-gözü görmür. Orda da zülmətin içində piyada keçidi zolağı var.

P.S. Ukraynanın əyalətlərində belə piyada keçid zolaqları içəridən işıqlandırılır. Bizdə sürücülər bu zolağı keçəndən, yaxud piyadanı vurandan sonra bunu bilirlər”

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Son xəbərlər
Bütün xəbərlər »