Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrana casusluq edən alman zabiti yaxalanıb

Almaniya Müdafiə nazirliyi faktı təsdiqləyib

Almaniya Federal Prokurorluğu ötən həftə ikili vətəndaşlığı olan (Almaniya və Əfqanıstan) 50 yaşlı hərbi zabiti həbs edib. İstintaq ehtimal edir ki, o, İranın xeyrinə casusluqla məşğul olub. Bu xəbəri “Arab news” saytı yayıb.

İranın yarım-rəsmi xəbər agentliyi İSNA Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhrəm Qasıminin bu məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirib. Nazirliyin sözçüsü bildirib ki, bu, düşmənlərin işidir. Onlar Avropa ilə İranın arasını vurmağa çalışır. ABŞ və İsraili bu işdə suçlu bilən İran rəsmisi deyib ki, adı çəkilən ölkələr Avropa xalqlarını da 2015-ci ildə imzalanmış nüvə anlaşmasından imtina etməyə təhrik edir.

Almaniya Müdafiə Nazirliyi casusluq ittihamı ilə zabitin həbs olunduğunu təsdiq etsə də, bu məsələ ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.

Almaniyanın “Spigel” dərgisi isə bildirib ki, həbs olunmuş zabit uzun müddət casusluqla məşğul olub. Onun son dərəcə məxfi məlumatlara girişi varmış. O cümlədən, o, Almaniya hərbi kontingentinin Əfqanıstandakı fəaliyyətinin detallarından da xəbərdar imiş. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »