Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq" - Prezident Administrasiyası

Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq.

Bizimyol.info bildirir ki, bunu Trend-ə 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Türkiyə ölkəsinin müstəqilliyi üçün canını qurban vermiş qardaş Azərbaycanın oğul və qızlarını heç vaxt unutmayacaq:

“20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, bu yara Azərbaycan və Türkiyə xalqlarının yaddaşında hələ də təzədir”.

Administrasiyadan onu da bildiriblər ki, Türkiyə həmişə və bütün məsələlərdə Azərbaycanı dəstəkləyir: "Təbii ki, Azərbaycan da Türkiyəni hər zaman dəstəkləyib və dəstəkləyir".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »