Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyon dollarlıq qədim xəzinə tapıldı

Özbəkistan Milli Universitetinin alimləri Daşkəndin tarixi binalarından birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar.

Bizimyol.info Teleqraf.com-a istinadən xəbər verir ki, həmin qiymətli əşyalar 80 ildir itmiş sayılırdı. Xəzinə binanın zirzəmisinin altında yerləşən gizli tikilidə tapılıb. Mütəxəssislər o cümlədən Romanovların Daşkənddəki sarayının 1918-ci il kolleksiyasından olan eksponatlar və Stalin repressiyaları qurbanlarına, habelə zadəganlara və Avropadan Sankt-Peterburqa köçmüş alimlərə məxsus əşyalar aşkarlayıblar.

Tapıntılar arasında XIX əsrə aid qızıl mikroskop, qiymətli metallardan olan pullar və külçələr, nadir kitablar və əlyazmaları, rəsm əsərləri və ikonalar var. Bəzi əşyaların bərpa olunmaq üçün Almaniya və Polşadan olan mütəxəssislərə veriləcəyi bildirilir.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »