Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi

ABŞ-da öldürülən azərbaycanlı Elçin Xəlilovun meyiti Azərbaycana gətirilib.

Bizimyol.info Femida.az-a istinadən xəbər verir ki, Elçinin cənazəsi Bakı vaxtilə səhər 8:30-da Heydər Əliyev adına hava limanına çatdırılıb.

Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb.

Qeyd edək ki, Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub. 2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində «Fixer Electronic Repair» dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb. Polis hələ də onun izindədir.

Qeyd edək ki, dostları Elçinin meyitinin Azərbaycana ekstradisiyası üçün fond yaradıb. Qısa zamanda fonda 35 min dollar pul toplanıb və beləcə mərhumun cəsədi vətənə göndərilib.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »