Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrip xəstəliyi zamanı bədən hərarətinin aşağı salınması sağalmaya mane olur

Kanadalı alimlərin tədqiqatı göstərib ki, qrip zamanı hərarətin süni şəkildə aşağı salınması sağalmaya maneçilik törədir, xəstəliyin daha da uzanmasına səbəb olur.

Elmi mütəxəssislər etiraf edirlər ki, xəstəliyə səbəb qripin yüksəkyoluxucu yeni ştamı olduğu halda hərarətin aşağı salınması daha təhlükəlidir.

Bizimyol.info AZƏRTAC-a istinadən xəbər verir ki, hələ 1970-ci illərdə aparılan tədqiqatlar alimlərdə belə bir fikir formalaşdırmışdı ki, yoluxma zamanı bədən hərarətinin təbii halda yüksəlməsi immun sisteminin normal reaksiyasıdır. Bu, virusların artmasının qarşısını almağa yönəlir. Kanadalı tədqiqatçılar qrip zamanı hərarətin azaldılması üçün istifadə edilən vasitələrin xoşagəlməz təsirini sübut edən riyazi model işləyib hazırlayıblar.

Araşdırma nəticəsində alimlər qrip zamanı hərarətin azaldılmasının sağalmaya maneçilik törətdiyinə əmin olublar. Hərarəti aşağı salan xüsusi vasitələrdən istifadə virusun artmasına və xəstəliyin daha da uzanmasına gətirib çıxara bilər.

“Hərarətin süni şəkildə aşağı salınması əlavə infeksiyaların yayılmasına və ölüm hallarının artmasına gətirib çıxarır”, - deyə tədqiqatın müəllifləri bildiriblər.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »