Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış aktyor: "Ölkədən kimlərin birinci qaçacağını bilirəm"

Bir müddət əvvəl Türkiyədə yayımlanan “Halk Tv” telekanalında bildirdiyi fikirlərə görə məhkəməyə verilən və ölkədən çıxışına qadağa qoyulan məşhur türkiyəli aktyor Müjdat Gezen növbəti dəfə polis bölməsinə gedərək yaşadığı yeri tərk etməməsi sənədinə qol çəkib.

Məhkəmənin qərarına etdiyi etirazın qəbul edilmədiyini, heç bir qanunzidd hərəkətə yol vermədiyini deyən aktyor hələ də hansı səbəbdən ittiham edildiyini bilmədiyini deyib. İstanbulun Kadıköy adlanan hissəsindəki şöbədə vəkillərinin iştirakı ilə iltizamı imzalayan aktyor ölkədən qaçmaq niyyətinin olmadığını deyib: “Mənimlə birgə hüquqşünaslar var. Bir insan nə üçün qətimkan tədbiri olaraq iltizama qol çəkər? Ölkədən qaçmasın, məhkəmə sübutlarını məhv etməməsi üçün. Dəlil zatən onların öz əllərindədir, həmin görüntülərdə hər hansı cinayət tərkibi yoxdur. Qaldı ki, ölkədən xaricə qaçmağa. Əgər ölkədən hamı gedəsi olsa, ən axırıncı çıxacaq adam mənəm. Mən kimlərin ilk olaraq ölkədən qaçacağını bilirəm, amma adlarını deməyəcəyəm”.

Məşhur aktyor qanunda tənqid çərçivələri ilə bağlı hər hansı tələbin olmadığını bildirib və barəsində çıxarılmış qərarın absurd olduğunu əlavə edib. (Publika.az)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »