Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaqatalada oğru dəstəsi tutulub

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulub.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, rayonun Çökək kənd sakini, Ramin Nüsrəddin oğlu Cavadov mağazasından oğruluq olunması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Zaqatala RPŞ tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğruluqda şübhəli bilinən Zaqatala şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əşrəf Rasim oğlu Hacızadə, Sədullah Ayda oğlu Aydayev və Natiq Vidadi oğlu Aydəmirov saxlanılaraq, istintaqa təhvil veriliblər.

İlkin istintaq zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq, kənd sakininə məxsus mağazadan 100 manat nağd pul, ümumi dəyəri 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar.

Saxlanılanlar barəsində həbs qəti imkan tədbiri seçilib, hazırda istintaq aparılır.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »